Dünyada koronavirusdan ölənlərin sayı 5 milyon nəfəri ötüb.

Unikal.org  xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının rəsmi saytında yer alıb.

Məlumata görə, son sutkada 347 703 nəfər COVİD-19-a yoluxub, 5 981 nəfər isə koronavirusdan ölüb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanların sayı 246 951 274 nəfər, ölənlərin sayı isə 5 004 855 nəfər təşkil edir.