Çilinin Viktoriya ştatında yük qatarı qəzaya uğrayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Makrozona bölgəsində yük qatarı relsdən çıxıb. Belə ki, relsdən çıxan qatarın 4 vaqonu və lokomotivi naməlum şəxslər tərəfindən yandırılıb.
Bölgə rəsmiləri hadisənin terror aktı kimi qiymətləndirilməsinin lazım olduğunu vurğulayaraq, hələlik heç bir qruplaşmanın hücuma görə məsuliyyəti üzərinə götürmədiyini və bölgədə qatarların hərəkətinin dayandırıldığını bildirib.
Qatar La-Araucania bölgəsində kağız istehsalı üçün sellüloz daşıyırmış. Faktla bağlı araşdırma aparılır.