“Amazon” şirkətinin qurucusu və rəhbəri Ceff Bezos təbiətin bərpası üçün 2 milyard dollar ayıracaq.
Unikal.org xəbər verir ki, şirkətin rəhbəri Şotlandiyanın Qlazqo şəhərində keçirilən COP26 İqlim Dəyişikliyi Sammitində çıxışı zamanı “Dünya” Fonduna landşaftların bərpası və qida sistemlərinin dəyişdirilməsi üçün 2 milyard dollar xərcləyəcəyini söyləyib.
“Amazon”un rəhbəri deyib ki, dünyanın bir çox yerində təbiət artıq karbon yuvasından karbon mənbəyinə çevrilir.