Gürcüstanda ötən sutkada koronavirusa 6 024 yeni yoluxma halı təsdiqlənib, 3 818 nəfər müalicə olunaraq sağalıb, 49 pasiyent vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək Gürcüstanda COVID-19 infeksiyası 732 965 nəfərdə aşkarlanıb. Onların 673 640-ı müalicə olunaraq sağalıb, 10 185-i dünyasını dəyişib.