Ermənistanda daha 2 045 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Məlumata görə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 312 674 nəfərə yüksəlib.

Bildirilib ki, son sutkada ölkədə koronavirusdan 50 nəfər ölüb. Bununla da ölənlərin sayı 6491-a çatıb.