Filippində baş verən yanğın hadisəsi nəticəsində COVID-19 əleyhinə 148 678 doza peyvənd məhv olub.

Unikal.org "CNN"ə istinadən xəbər verir ki, yanğın nəticəsində 4 müxtəlif istehsalçının vaksin dozaları sıradan çıxıb.

Filippinin Paqadian şəhərinin yerli hökumət binasında baş verən yanğın nəticəsində 9 176 doza “AstraZeneca”, 14 400 doza “Moderna”, 36 164 doza” Sinovac” və 88 938 doza “Pfizer” məhv olub.