Panamada “Squid game” mövzulu Halloven şənliyi zamanı bədbəxt hadisə yaşanıb.

Unikal.org  xəbər verir ki, naməlum şəxslər şənliyə silahlı hücum təşkil edib. Nəticədə 8 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.

Güllənən şəxslərdən 5-i əyləncə gecəsində olub, digər 3 cəsəd isə zibillikdən tapılıb.

Ölkə prokurorluğundan verilən məlumata görə, atışma bir nəfərin "Los Galacticos" adlı rəqib dəstə üzvlərinə atəş açdıqdan sonra başlayıb.

Hadisə ilə bağlı saxlanılanlar var.