Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağda qanunsuz şəkildə silahlanan qondarma terrorçu qrupun rəhbəri Arayik Arutyunyanla görüşüb.
Unikal.org xəbər verir ki, İrəvanda baş tutan görüşdə 44 günlük müharibənin fəsadları, itkilər, problemlərin aradan qaldırılması və s. məsələlər hesabat formasında müzakirə edilib.
Paşinyan qeyd edib ki, Ermənistan danışıqlar prosesinin bərpasını ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində tam zəruri hesab edir.
Arutyunyan isə Ermənistanın onun rəhbərlik etdiyi terrorçu qruplaşmaya maliyyə və digər dəstəkləri verdiyinə görə təşəkkür edib.
Ağarza ELçinOğlu