Yerevanda Qarabağ müharibəsi zamanı itkin düşmüş hərbçilərin yaxınları Ermənistanın hökumət binasının qarşısında etiraz aksiyası keçirilir.
Unikal.org-un erməni KİV-lərinə istinadən məlumatına görə, onlarla etirazçı baş nazir Nikol Paşinyanla görüş tələb edir.
Qeyd olunur ki, əsgər yaxınları Yerevanın mərkəzi prospektini hərəkətə bağlayıb. Onlar N.Paşinyanla görüşməyənədək oranı tərk etməyəcəyini bildirib.