"Ermənistan" bloku noyabrın 8-də saat Azadlıq meydanında mitinq keçirəcək.
Unikal.org xəbər verir ki, bu barədə "Ermənistan" fraksiyasının bəyanatında qeyd olunub.
Bəyanatda bildirilib: "ölkəmizi bu vəziyyətdən çıxarmaq, ləyaqətli sülhü təmin etmək, sosial-iqtisadi böhrandan çıxmaq üçün ilkin şərt olan milli müqavimət formalaşdırmaq və hakimiyyət dəyişikliyinə nail olmaq lazımdır".
Qeyd edək ki, Ermənistanda 44 günlük müharibədə məğlubiyyətlə əlaqədar noyabrın 8-i və 9-da kütləvi mitinqlərin keçirilməsi planlaşdırılıb.
Ağarza ELçinOğlu