"Dörd gün sonra Qarabağ Zəfərini qeyd edəcəyik. 44 gün davam edən Vətən müharibəsində işğal altında olan Azərbaycan torpaqları bərpa edilib".
Unikal.org xəbər verir ki, bunu Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım deyib.
O bildirib ki, Türkiyə hər zaman qardaş Azərbaycanın yanında olub və bundan sonra da yanında olacaq.