"Bizim əsas maneəmiz Azərbaycan deyil, Ermənistanda qurulan hakimiyyətdir".
Unikal.org xəbər verir ki, bu sözləri “Mənim şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan öz "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, Ermənistanda qurulan hakimiyyət öz-özünü məhvə sürükləyir:
"Qurulan hakimiyyət Ermənistanın məğlubiyyətini təmin etməklə məşğuldur. Ermənilərin gücü, resursu, sərvətləri yoxdur. Bu yoxsulluqla da cəmiyyəti aşılamağa çalışır. Vəziyyəti qəbul etmək lazımdır".
Gülayə Mecid