Gürcüstanda son sutkada daha 5 206 nəfərə koronavirus diaqnozu qoyulub, 53 nəfər vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 738 171-ə, ölənlərin ümumi sayı isə 10 238-ə yüksəlib.
Ötən 24 saat ərzində 4 648, ümumilikdə isə 678 288 nəfər müalicə olunaraq sağalıb.