Bir müddətdir Ege bölgəsində olan amerikalı milyarder Bill Qeytsin Türkiyədə torpaq sahəsi axtardığı və ferma qurmağı planlaşdırdığı iddia edilib.

Unikal.org "New York Post" saytına istinadən xəbər verir ki, Qeyts  keçmiş həyat yoldaşı ilə birlikdə "Bill və Melinda Qeyts Fondu" üçün Türkiyədə böyük və dayanıqlı bir ferma qurmaq istəyir. 

Saytın məlumatına görə,   Bill Qeyts  Şotlandiyanın Qlazqo şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransında (COP26) Qeyts fermerlərə iqlimə davamlı bitkilər yetişdirməyə kömək etmək üçün 315 milyon dollar ayırmağı da vəd edib.  

Digər tərəfdən, Qeyts hazırda Trakyada 22 min hektar əraziyə sahibdir.

Gülayə Mecid