İranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

Unikal.org xəbər verir  ki, qəza Kürdüstan əyalətində, Saqqız-Divandərə magistral yolunda qeydə alınıb.

Sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 3 nəfər ölüb, 19 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı  araşdırma  aparılır.