Belçikanın Lyej şəhərindən Çinin Qinqdao şəhərinə uçan Karqolux şirkətinə məxsus "Boeing 747" yük təyyarəsi Novosibirskdəki Tolmaçevo hava limanında məcburi eniş edib.

Unikal.org xəbər verir ki, aeroportun mətbuat xidmətindən verilən məlumata görə, xəsarət alan olmayıb.

İlkin məlumatlara görə, təyyarə mühərrikində yanğın baş verdiyinə görə təcili eniş edib. Bu səbəbdən də təyyarənin sensorunda nasazlıq siqnalı işə düşüb. 

Hadisə ilə bağlı araşdırma aparılır. 

Ağarza ELçinOğlu