Portuqaliya parlamenti sosialist hökuməti tərəfindən təklif olunan 2022-ci il üçün dövlət büdcəsini qəbul etməyib.
Unikal.org xəbər verir ki, Portuqaliya Dövlət Şurası səs çoxluğu ilə Prezident Marselu Rebelu di Sozanın parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə təklifini təsdiqləyib. Artıq Prezident yeni seçkilərin tarixini təyin edəcək və tarix seçərkən partiya seçki proseslərini nəzərə almayacağını təsdiqləyib.
Keçmiş nazirlər və iş adamları da daxil olmaqla, ölkənin 117 xadimi Prezident Rebelu di Sozaya seçkilərin fevral ayında keçirilməsi ilə əlaqədar məktub ünvanlayıb.