5G texnologiyasının təqdimat mərasimi zamanı Braziliya prezidenti Jair Bolsonarunun çıxışı  dünya  mətbuatında gündəm yaradıb.  

Unikal.org xəbər verir ki, o, İtaliyanın simvolu Piza qülləsinin adını səhv salaraq, onu “pizza qülləsi” adlandırıb.

“Mən bütün Braziliyanı, bütün dünyanı gəzirəm. Bu yaxınlarda mən İtaliyada oldum.  "Pizza" qülləsini ziyarət etdim", -  deyə  çıxışında bildirib. 

Bundan əlavə, Braziliya  prezidenti  bir sıra maraqlı  açıqlamalar  verib. Yaxın günlərdə  azyaşlı oğlanın ona yaxınlaşaraq, "Amazon meşələrinin indi yanıb-yanmadığını soruşub",  prezident isə  “Braziliya Kaliforniya daha çox yanır, amma heç kim heç nə demir”, - deyə  cavab verib. 

Digər bir  məlumatına görə, bundan əvvəl noyabrın 2-də Bolsonaru ABŞ-ın İqlim Məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerrinin adını amerikalı aktyor Cim Kerrinin adı ilə qarışdırıb:

“Bəli, mən Cim Kerri ilə də danışmışam, bu, sirrdir". 

Qeyd edək ki, Jair Bolsonarunun İtaliyanın simvolunun adını səhv deməsi italyanların narazılığına səbəb  olub.  

Gülayə  Mecid