"2020 yoxsulluqla bağlı məlumatlar hələ açıqlanmayıb, lakin Dünya Bankı Ermənistanda yoxsulluğun səviyyəsinin 7 faiz artdığını bildirir".
Unikal.org xəbər verir ki, bu sözləri “Hayastan” fraksiyasının deputatı Tadevos Avetisyan parlamentin iclasında deyib.
Onun sözlərinə görə, 2021-ci il hələ bitməyib, lakin mövcud proqnozlar artıq narahatlıq doğurur.
“Əslində bizdə məlumat var ki, vətəndaşların real gəlirləri azalıb, xərcləri 18%-dən çox artıb, Vəziyyət gərginliyə doğru gedir".
Gülayə Mecid