"Zəngəzur dəhlizi məsələsi, demək olar ki, həll olunub".
Unikal.org xəbər verir ki, bunu Ermənistan Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan deyib.
Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş gec-tez olacaq:
"Dəhliz məsələsi Də müzakirə olunacaq, hər hansı müqavilə imzalanacaq. Bu sənəd bəyanat və yaxud başqa necəsə də adlandırıla bilər, lakin bu prosesin getdiyinə heç bir şübhə yoxdur.
Bu məsələ çox fəal olaraq müzakirə olunur. Ümumilikdə, kobud dillə desək, bu məsələ artıq həll olunub və aydındır ki, dəhliz açılacaq. Dəhlizin hansı variantda, hansı texniki şərtlərlə açılacağı isə müzakirə predmetidir".