Misir hökuməti Süveyş kanalından keçid qiymətini 6 faiz artırıb.
Unikal.org dövlətin rəsmi qurumlarına istinadən xəbər verir ki, rüsumların artımı təbii qaz daşıyan tankerləri və turist gəmilərini əhatə etmir.
Qeyd edək ki, qiymət artımı gələn ilin fevral ayından qüvvəyə minəcək. Süveyş Kanal İdarəsinin məlumatına görə, qiymətlərin artmasına səbəb pandemiyanın yaratdığı iqtisadi böhrandır. İdarə böhrandan ciddi zərər görməməsi üçün belə addım atıb.