Londonda açılan yeni restoranı ilə İngiltərə mətbuatının gündəmində olan Nüsrət Gökçe yenidən diqqət çəkməyi bacarıb.
Unikal.org xəbər verir ki, restoranına aşpaz axtaran Nüsret işçisinə verəcəyi maaşı da açıqlayıb. Belə ki, o, işə götürəcəyi aşpaza saatına 26 AZN ödəyəcəyini, bəxşişlərdən də pul qazana biləcəyini bildirib.
Qeyd edək ki, türkiyəli məşhur aşpazın ABŞ, İspaniya, BƏƏ, Yunanıstanda və İngiltərənin paytaxtı Londonda lüks restoranları var.