Rusiyalı diplomat Berlindəki Rusiya səfirliyinin konsulluq şöbəsinin binası yaxınlığında ölü tapılıb.

Unikal.org  xəbər verir ki, bu barədə “Spigel” məlumat yayıb.

Səfirliyin ikinci katibi olan 35 yaşlı kişinin binanın yuxarı mərtəbəsindən yıxıldığı güman edilir. Bəzi mənbələr iddia edilən ölüm səbəbinə şübhə ilə yanaşırlar.

Məlumata görə, Almaniya təhlükəsizlik xidməti onun məxfi xidmət zabiti olduğuna əmindir.