Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi dövlətin milli təhlükəsizliyinə təhdid hesab etdiyi mədəniyyət xadimlərinin siyahısına yeni adlar əlavə edib.

Unikal.org  “İnterfaks”a istinadən xəbər verir ki, həmin siyahıya tanınmış rusiyalı yumorist və şoumen Maksim Qalkin daxil edilib.

Bunun səbəbi açıqlanmayıb. Hazırda siyahıda 259 nəfər var.