Hindistanda son iki gündə azı 24 nəfər saxta spirtlidən dünyasını dəyişib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, insident Bihar ştatının spirtli içkilərin satışının rəsmi qadağan olunduğu iki rayonunda baş verib.
Qərbi Çamparan rayonunda 8, Qopalganc rayonunda isə 6 nəfər ölüb. Bu gün saxta spirtli içki qurbanlarının sayı Qopalganjda 11-ə, Qərbi Çamparanda isə 13-ə çatıb.
Polis hadisənin səbəblərini araşdırır.