Türkiyənin Ordu şəhərində maraqlı hadisə qeydə alınıb.
Unikal.org xəbər verir ki, haqqında həbs qərarı olan şəxs gizləndiyi evdə jandarma tərəfindən tapılıb.Lakin şəxs yenə də jandarmadan qaçıb. O, elektrik naqilindən yapışaraq, "quş" olduğunu iddia edib. Beləliklə, jandarmaya təslim olmayan şübhəli şəxs saatlarla naqillərdə asılı vəziyyətdə qalıb.
Daha sonra o, jandarmaya təslim olub. Şəxsin görüntüləri sosial mediada isə gülüş obyektinə çevrilib.
Gülayə Mecid