Gürcüstanda son sutkada daha 5 240 nəfərə koronavirus diaqnozu qoyulub, 68 nəfər vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 748 751-ə, ölənlərin sayı isə 10 368-ə yüksəlib.
Ötən 24 saat ərzində 2 235, ümumilikdə isə 684 154 nəfər müalicə olunaraq sağalıb.