Ermənistanda ötən sutka ərzində daha 2 177 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub, 46 nəfər ölüb.

Unikal.org “Sputnik Armenia”ya istinadən xəbər verir ki, COVID-19-a yoluxanların sayı 319 016 nəfərə çatıb.

Ermənistanda koronavirusdan ölənlərin sayı isə 6 582 nəfərə yüksəlib.