Rusiyanın Krasnoyarsk diyarının Severo-Yenisey rayonunda qızıl mədəninin işçilərini daşıyan avtobus aşıb.

Unikal.org xəbər verir  ki, hadisə nəticəsində mədən işçiləri xəsarət alıb. Əraziyə  xilasedici qüvvələr cəlb olunub. 20-dən çox insan müayinə üçün xəstəxanaya aparılıb.

Qəzanın hansı şəraitdə baş verməsi araşdırılır.