İranın vitse-prezidenti Muhsin Rizayi ABŞ-ın sanksiyaları səbəbindən qeyri-qanuni yollarla neft satdıqlarını və müqabilində aldıqları pulları gizli şəkildə ölkəyə gətirdiklərini bildirib.

Unikal.org xəbər verir  ki, bu  barədə İranın rəsmi  xəbər agentliyi İRNA Muhsin Rızayinin ABŞ sanksiyaları ilə bağlı açıqlamasını yayıb.  

Rızayi  açıqlamasında ABŞ rəhbərliyinin 3 ildir “hüquqi əsas olmadan” İranı iqtisadi blokadaya aldığını vurğulayıb:

 “Neftimizi qeyri-qanuni satırıq və müqabilində aldığımız dollarları ölkəyə gizli şəkildə gətirməliyik ki, məzənnə qalxmasın”. 

Daxili sanksiyaların xarici sanksiyalardan daha təhlükəli olduğunu müdafiə edən Rızayi, sahibkarların və gənclərin yolunu kəsən maneələri aradan qaldırmağa çalışdıqlarını bildirib.