Braziliyanın Albert Sabin Uşaq Xəstəxanasında baş verən doğuş tibb dünyasını şoka salıb.
Unikal.org xəbər verir ki, sancılarından sonra xəstəxanaya gətirilən qadın dərhal doğum otağına alınıb. Doğuş vaxtının çatmadığını təyin edən həkimlər ananın həyatı risk altında olduğunu bildirirək, körpəni götürməli olublar.
Xoşbəxtlikdən ana və körpə sağ qalıb. Maraqlısı budur ki, həkimlər körpəni gördükdən sonra həyatlarının şokunu yaşayıblar. Belə ki, körpənin 12 sm uzunluğunda olan quyruğu hamını təəccübləndirib. Hazırda müşahidə altında tutulan quyruqlu körpə dünya mediasında gündəm yaradıb.