Meksikada baş verən ağır yol qəzasında 20-yə yaxın adam ölüb.

Unikal.org xəbər verir ki, bu barədə “Milenio” məlumat yayıb.

“Meksika-Puebla şossesində avtomobilin toqquşması nəticəsində azı 19 nəfər həlak olub”, - xəbərdə deyilir.

İlkin məlumata görə, yüksək sürətlə hərəkət edən yük maşınının əyləci sıradan çıxarıb və yolda gediş haqqını ödəmək üçün növbəyə dayanan bir neçə avtomobilə çırpılıb.

Qəza zamanı 10 avtomobil yanıb. Qəzet yazır ki, hadisə nəticəsində baş verən yanğın zamanı 19 nəfər həlak olub.