Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyanın anası Nora Sarkisyan 93 yaşında ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Sərkisyanın ofisindən məlumat verilib.

Dəfn mərasimi Xankədində keçiriləcək. Sarkisyanın Xankəndinə gəlib-gəlməyəcəyi barədə məlumat verilməyib. 

Qeyd edək ki, Azərbaycan tərəfi Ermənistan rəsmi nümayəndələrinin Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərinə qanunsuz səfər etməmələri barəsində ciddi xəbərdarlıq edib.  

Ağarza ELçinOğlu