Türkiyədə "Siper" adlı yeni hava hücumundan müdafiə sisteminin atış sınağını keçirib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir məlumat yayıb.
Raketin sınağının uğurla başa çatdığı bildirilib. Uzunmənzilli hava hücumundan müdafiə sistemlərində istifadə ediləcək raket ilk dəfə ictimaiyyətə nümayiş etdirilib.
Dəmir sistemin 2023-cü ildə silahlanmaya qəbul ediləcəyini qeyd edib.