Əfqanıstanın şərqindəki Nanqarhar əyalətinin mərkəzi Cəlalabad şəhərində törədilən partlayışlar nəticəsində azı 3 nəfər həlak olub.
Unikal.org xəbər verir ki, şəhərin polis idarəsi yaxınlığında iki partlayış baş verib.
Partlayışdan sonra "Taliban"la Xorasandakı İslam Dövləti qruplaşmasının silahlıları arasında atışma başlayıb.
Məlumata görə, ölənlərdən ikisi polis əməkdaşıdır.