İranda ötən sutka ərzində 126 nəfər koronavirusdan ölüb.
Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda COVID-19-dan ölənlərin sayı 127 299 nəfərə yüksəlib.
İranda ötən sutka ərzində 1078 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 5 987 814 nəfərə çatıb.