Geniş istifadə olunan e-poçt müştərisi ilə tanınan ABŞ-ın Yahoo internet şirkəti "hüquqi və biznes problemlərinin artması səbəbindən" Çin bazarından çıxmaq qərarına gəlib.

Unikal.org xəbər verir ki, şirkətdən verilən açıqlamada, internet xidmətlərinin noyabrın 1-dən Çinin materik hissəsindən istifadə olunmayacağı bildirilib.

"Şirkət olaraq biz istifadəçilərimizin hüquqlarına, açıq və pulsuz internetə sadiq qalmağa davam edəcəyik", - deyə məlumatda bildirilir.

Şirkətin bazardan çəkilmək barədə açıqlaması Çində 1 Noyabrda Fərdi Məlumatların Qorunması Qanununun qüvvəyə minməsindən sonra verilib.

Çindəki qanuni qaydalara görə, internet şirkətləri istifadəçi məlumatlarını səlahiyyətlilərlə paylaşmağa borcludur.