Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 200 nəfər dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 347 783 nəfər test edilib, onların 25 304-nün koronavirus testi pozitiv nəticə verib, 38 852 nəfər sağalıb.
Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil olmaqla 117 378 532 peyvənd tətbiq edilib ki, bunun 89,62 faizi birinci, 79,25 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.