Respublika üzrə bütün pensiyaların noyabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə Unikal.org-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.