Azərbaycan tərəfi Qafan-Çakaten yolunda yeni postlar qurur.
Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Azərbaycanın yeni yaratdığı növbəti postblok haqqında danışan icra başçısı Xaçatur Bağdasaryan deyib:
“Gün ərzində azərbaycanlılar Çakatendən 3-4 kilometr aralıda yerləşən yolda intensiv işlər görüblər. Yol kənarı maenələri təmizləyib, yolu özlərinə hazır vəziyyətə gətiriblər. Onlar burada da gömrük məntəqəsi açmaq niyyətindədir. Əgər bu yol bağlanarsa, insanlar Meğridən keçməli olacaqlar. Yəni azacıq məsafəni 100 kilometr uzatmaq məcburiyyətində qalacaqlar. Alternativ torpaq yol isə hava şəraitinə görə keçilməzdir, mümkünsüzdür”.