Gəncədə abadlıq, quruculuq və yenidənqurma işləri sürətlə davam edir. Şəhərin müxtəlif ərazilərində, o cümlədən park və xiyabanlarında mütəmadi olaraq iməcliklər təşkil olunur, ərazilər tullantılardan təmizlənir, ağaclar əkilir. Eyni zamanda, yollar asfaltlanır, işıqlandırma sistemi qurulur, yaşıllıq zolaqları bərpa edilir.
Unikal.org xəbər verir ki, bu günlərdə Qəmbər Hüseynlinin abidəsinin yerləşdiyi ərazidə əsaslı yenidənqurma işləri həyata keçirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sözügedən əraziyə gedərək, görülən işlərlə yerində tanış olub. Niyazi Bayramova məlumat verilib ki, hazırda əraziyə daş döşəmələr salınır, yazşıllıq zolaqları üçün yerlər ayrılır. Eyni zamanda, burada uşaqlar və böyüklər üçün müxtəlif əyləncə və idman qurğuları da quraşdırılacaqdır. Şəhər rəhbərinin diqqətinə o da çatdırılıb ki, təmir işləri yekunlaşdıqdan sonra ərazidə genişmiqyaslı iməcilik təşkil olunacaqdır.
Görülən işlərlə yerində tanış olan Niyazi Bayramov, bəzi məsələlərlə bağlı aidiyyəti şəxslərə öz tapşırıq və tövsiyyələrini verib.
Xatırlatmaq yerinə düşər ki, dahi bəstəkarın anım günündə Niyazi Bayramov Qəmbər Hüseynlinin məzarının yerləşdiyi ərazinin abadlaşdırılacağına dair söz vermişdir.