Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimləri zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Belə ki, aparılan yoxlamalar zamanı Cəlilabad şəhəri ərazisində yerləşən “Sara Xatun” restoranında təşkil edilən toy mərasimində iştirak edən qonaqların müəyyən edilməyən say həddindən çox olması halı aşkarlanıb.
Həmin restoranın icarədarı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4 000 manat cərimə olunub.
Karantin rejim qaydalarından irəli gələn tələblərinin icra olunmasına nəzarət məqsədilə keçirilən tədbirlər nəticəsində Cəlilabad rayonunun Alar kəndində fərdi yaşayış evlərindən birinin həyətində təşkil edilən toy zamanı da iştirak edən qonaqların müəyyən edilməyən say həddindən çox olduğu aşkarlanıb.
Həmin məclisin təşkilatçısı E.Abışov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən barəsində inzibati protokol tərtib edilməklə cərimə olunub.