El Salvadorda “Bitcoin City” adlı "Bitcoin" şəhəri yaradılır.
"Unikal" xəbər verir ki, ölkə prezidenti Nayib Bukele “Bitcoin City” adlı bir "Bitcoin" şəhəri quracaqlarını açıqlayıb. Nayib həmçinin də, şəhərin ölkənin şərqində Konçaqua vulkanı ətrafında qurulacağını bildirib.
Bukele şəhərin inşası və ya nə vaxt tamamlanacağı ilə bağlı bir tarix açıqlamasa da, o, şəhərin qurulmasının təxminən 300.000 bitkoinə başa gələcəyini təxmin etdiyini qeyd edib.
Hər şeyin rəqəmsal olacağı "Bitcoin City"də biznes və texnologiya investisiyalarını asanlaşdırmaq üçün ofis sahələri, sosial obyektlər və yaşıl sahələr olacaq. Gəlir vergisi müraciətinin olmayacağı açıqlanan şəhərdə yalnız əlavə dəyər vergisi (ƏDV) toplanacaq və toplanan vergilərin yarısı şəhərin tikintisinə sərmayə yatırılacaq, digər yarısı isə şəhərin saxlanması və təmiri üçün istifadə olunacaq.