Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında üç YPG (PKK-nın Suriya qanadı) terrorçusunu zərərsizləşdirib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, “Barış pinarı” əməliyyatı zonasında 1, “Fərat Qalxanı” əməliyyatı zonasında isə 2 terrorçu məhv edilib.