Rusiyada son bir gündə daha 33 389 nəfərə COVID-19 diaqnozu qoyulub.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 9 703 107 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 221 nəfər artaraq 277 640-a yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 8 400 117 nəfər sağalıb.