“Sosial inkişaf layihəsinin hazırlanması başa çatdırılıb. Layihə Prezident İlham Əliyevə təqdim edilib”.
"Unikal" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.
O vurğulayıb ki, gələn ilin dövlət büdcəsi müstəqil Azərbaycanın ən böyük büdcəsidir.
Hökumət başçısı bildirib ki, böyük qələbədən sonra yaranmış yeni çağırışlar dövlət büdcəsinin layihəsində nəzərə alınıb.
Anar Kəlbiyev