“Yevlax Pilot Aqropark”ın rəmzi açılış mərasimi olub.
"Unikal" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
"Həmkarlar və sahibkarlarla birgə “Yevlax Pilot Aqropark”ının rəmzi açılışında və ərazidəki bağda ilk meyvə ağaclarının əkilməsində iştirak etdik, iş adamlarını dinlədik.
Kiçik və orta sahibkarlar üçün nəzərdə tutulmuş bu aqroparkın ilk rezidenti “İsfa” MMC-yə fəaliyyətində uğurlar arzulayırıq", - deyə nazir bildirib.
Onun sözlərinə görə, "Yevlax Pilot Aqropark”ın 103 mln. manatlıq layihə dəyərinin 74 mln. manatı özəl, 29 mln. manatı dövlət investisiyasıdır. 2.855 hektar ərazinin 1.147 hektarında 100 ailə-fermer təsərrüfatı yaradılacaq, 1.133 hektarında yemlik bitkilər və şəkər çuğunduru əkiləcək, 210 hektarda isə kommunikasiya xətləri çəkiləcək və mühafizə zolaqları salınacaq. Aqroparkda 500 nəfər daimi, 1.000 nəfər mövsümi işlə təmin ediləcək.