İranda ötən sutka ərzində 3 109 nəfər koronavirusa (COVID-19) yoluxub, 76 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 130 200 nəfərə, yoluxanların sayı isə 6 134 465 nəfərə çatıb. Virus daşıyıcılarından 3 249 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 5 923 316 nəfər koronavirusdan sağalıb, 39,3 milyondan çox diaqnoz testi həyata keçirilib.