Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 198 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 22 687 nəfər COVID-19 infeksiyasına yoluxub, 24 366 nəfər isə sağalıb.