"Qeyri-neft sektorunun inkişafında turizmin rolu böyükdür".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında yeni hazırlanan “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, Qarabağın turizim potensialından istifadə olunması əsas prioritetlərdən biridir: "Qarabağın turizm potensialının nümayiş etdirilməsi Azərbaycanın imicinə müsbət xal gətirəcək".
Anar Kəlbiyev